• SOSİAL

    12:30 22 may 2025

İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin edilib

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.

Sonra Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib. Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib.

Qeyd edilib ki, İrəvan qazılığı hələ ki, QMİ-nin binasında yerləşəcək.

Allahşükür Paşazadə bildirib ki, İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib: "İrəvan quberniyasında 300-dən artıq məscid, onlarla mədrəsə olub. İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə islam sivilizasiyası yerlə bir edilib. Bu işğal QMİ-nin İrəvan qazılığına da təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edib, o ərazilər indi bərpa edilir, yenidənqurma işləri aparılır. Bütün bunlar İrəvan Qazılığının da işinin yenidən qurulmasını labüd etdi”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR