• SOSİAL

    14:55 20 may 2026

Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib

Bu il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

ONA xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərnişin daşımalarına icazə verilməsi ilə bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara da müvafiq dəyişiklik edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR