Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü olub
  • SİYASƏT

  • 18:41 26 Noyabr 2021

Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü olub

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Rusiya dövlət başçısının iqamətgahında keçirilən görüş Qarabağda münaqişənin bitməsi ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümünə həsr olunub.

Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələlərinə baxılacaq.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR