Səfir: “İsrail və ABŞ Qırmızı qəsəbədə də əməkdaşlıq edəcək” - [color=red]VİDEO[/color]
  • SİYASƏT

  • 14:19 01 Oktyabr 2021

Səfir: “İsrail və ABŞ Qırmızı qəsəbədə də əməkdaşlıq edəcək” - VİDEO

2019-cu ildə İsrailin Yardım və İnkişaf Agentliyi ilə ABŞ-ın USAİD təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən beynəlxalq səviyyədə əməkdaşlığa dair razılığa gəlinib.

APA-nın xəbərinə görə, bu barədə Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Diplomatın sözlərinə görə, İsrail və ABŞ Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində - müsəlman dünyasında ən böyük yəhudi icmasının yaşadığı regionda da əməkdaşlıq edəcək.

Səfir qeyd edib ki, USAİD-lə birgə Qırmızı qəsəbədə yerləşən bir bina təmir ediləcək və ora Yəhudi Mədəniyyəti və İrsi Mərkəzinə çevriləcək: “Bu mərkəzi ziyarət edən hər kəs həqiqi yəhudi həyatı ilə tanış ola biləcək. Bu, bu ölkədəki yəhudilər və müsəlmanlar arasında tolerantlığı göstərmək üçün vacibdir”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR