Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir
  • SİYASƏT

  • 11:53 28 Noyabr 2021

Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı öz işinə başlayıb.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR