• SİYASƏT

    17:32 24 iyun 2026

Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək üçün Polşaya gedib

24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

ONA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR