Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib
  • SİYASƏT

  • 11:22 28 Noyabr 2021

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.
ONA-nın məlumatına görə, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR