Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edilib
  • MƏDƏNİYYƏT

  • 18:56 26 Noyabr 2021

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edilib

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edilib.
APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonası ilə bilikdə ərazisi 809,34 hektar müəyyən edilib. Başqa sözlə, Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisi 550.43 hektar, Qoruğun mühafizə zonasının sahəsi isə 258.91 hektar müəyyən edilib.
Nazirlər Kabinetinin qərarla bağlı izahında bildirilir ki, “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulub.
Qərara əsasən qoruğun mühafizə zonasının sərhədləri müəyyən edilmiş, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yaranıb.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR