TANAP-la indiyədək Türkiyəyə 13 mlrd. kubmetrdən çox qaz nəql edilib
  • İQTİSADİYYAT

  • 12:30 30 Noyabr 2021

TANAP-la indiyədək Türkiyəyə 13 mlrd. kubmetrdən çox qaz nəql edilib

Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə 30 iyun 2018-ci il tarixindən 26 noyabr 2021-ci il tarixinədək Türkiyəyə 13,4 mlrd. kubmetr qaz çatdırılıb.

ONA-nın məlumatına görə, bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından 26 noyabr 2021-ci il tarixinə qədər TANAP-la (Trans-Adriatik boru kəmərinə ötürməklə – red.) Avropaya 7,09 mlrd. kubmetr təbii qaz ötürülüb.

Qeyd olunub ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12%-i təkbaşına təmin etmək gücünə sahibdir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR