"SOCAR Türkiyə"nin builki mənfəətində kəskin artım gözlənilir
  • İQTİSADİYYAT

  • 13:55 30 Noyabr 2021

"SOCAR Türkiyə"nin builki mənfəətində kəskin artım gözlənilir

Bu il "SOCAR Türkiyə" şirkətinin EBITDA üzrə göstəricisi (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 1 mlrd. ABŞ dollarına çatacaq ki, bu da illik müqayisədə 59% artım deməkdir.

ONA-nın məlumatına görə, bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə bu göstərici 630 mln. dollar təşkil edib.

Z. Qəhrəmanov onu da əlavə edib ki, şirkətin öz kapital xərclərinin geri qaytarması üçün (gəlir əldə etmək şərti ilə – red.) illik ortalama gəliri (EBİTDA) 750 mln. dollar təşkil etməlidir.

Şirkətin rəhbərinin sözlərinə görə, SOCAR-ın Türkiyədəki layihələrə birbaşa investisiyaları 14 mlrd. dollara yaxındır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR