İnternet hədiyyəli "iPhone 13" smartfonları artıq "Azercell Eksklüziv" mağazalarında
  • İQTİSADİYYAT

  • 11:15 15 Oktyabr 2021

İnternet hədiyyəli "iPhone 13" smartfonları artıq "Azercell Eksklüziv" mağazalarında

Daha öncə elan edildiyi kimi, “Apple Inc.” şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” 15 oktyabr tarixindən etibarən ölkəmizdə ən son model “iPhone” cihazlarının satışını gerçəkləşdirir.

Uzun müddətdir gözlənilən “iPhone 13”, “iPhone 13 Pro”, “iPhone 13 Pro Max” və “iPhone 13 Mini” smartfonları artıq “Azercell Eksklüziv” mağazalarında müştərilərin ixtiyarına verilib. Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Azercell” “Apple” şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, “Azercell”in “Eksklüziv” mağazalarından “iPhone 13”, “iPhone 13 Pro”, “iPhone 13 Pro Max” və “iPhone 13 Mini” smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.

Xatırlatmaq istərdik ki, hələ 8 oktyabrdan etibarən yeni “iPhone” modellərinin limitsiz imkanlarını “Azercell”lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılıb.

Ən müasir texnologiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni “iPhone” modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub. 

Ətraflı məlumat üçün https://www.azercell.com saytına daxil ola bilərsiniz.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR