"Deutsche Bank"ın mütəxəssisləri bütün vergilərdən və mənzil kirayəsindən sonra əhalinin real gəliri baxımından dünya şəhərlərinin reytinqini tərtib edib.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər ailədə iki nəfərin işlədiyini nəzərə alaraq ayda adambaşına düşən gəlirləri hesablayıblar.
Siyahının ilk pilləsində San-Fransisko qərarlaşıb. Burada əhalinin adambaşına düşən aylıq real gəlirin həcmi 4 710 ABŞ dolları təşkil edir. Reytinqin son yerini isə Vellinqton tutub. Bu şəhərdə sözügedən göstərici 2 075 dollara bərabərdir.
Əhalinin ən yüksək real gəliri olan TOP-10 şəhər:
|
# |
Şəhər |
Ölkə |
Əhalinin adambaşına düşən aylıq real gəliri, ABŞ dolları |
|
1 |
San-Fransisko |
ABŞ |
4 710 |
|
2 |
Sürix |
İsveçrə |
4 626 |
|
3 |
Çikaqo |
ABŞ |
3 298 |
|
4 |
Boston |
ABŞ |
3 188 |
|
5 |
Nyu-York |
ABŞ |
3 157 |
|
6 |
Sidney |
Avstraliya |
2 615 |
|
7 |
Melburn |
Avstraliya |
2 485 |
|
8 |
Oslo |
Norveç |
2 342 |
|
9 |
Kopenhagen |
Danimarka |
2 285 |
|
10 |
Vellinqton |
Yeni Zelandiya |
2 075 |