Bu ilin yanvar-mart aylarında Azərbaycana 7 978 ədəd avtomobil idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 7 250 ədəd təşkil edib.
Avtomobillərin idxalı haqqında məlumat:
|
Malın adı |
Miqdarı (ədəd) – 2019-ci il yanvar-mart |
Miqdarı (ədəd) – 2018-ci il yanvar-mart |
|
Cəmi idxal olunub o cümlədən: |
7 978 |
3 506 |
|
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri |
44 |
19 |
|
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri |
7 250 |
3 158 |
|
Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri |
643 |
316 |
|
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri |
41 |
13 |