Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək
  • HƏRBİ

  • 10:50 10 Oktyabr 2021

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR