Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib  - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 12:21 30 Noyabr 2021

Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib - VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR