İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri və qohumunu avtomobil vurub
  • HADİSƏ

  • 18:59 28 Noyabr 2021

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri və qohumunu avtomobil vurub

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi “10-LZ-067” dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə yol kənarındakı piyada səkisində hərəkət edən iki nəfəri - İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu vurub. Yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR