Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç həyata keçirilib.
ONA xəbər verir ki, kəndə köç edənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 32 ailə, ümumilikdə 135 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.